BİRJA

22 Mart

Avropada qazın qiyməti 1 100 dollardan aşağı səviyyədə qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 100 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, 21 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 097,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,1% azdır.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.