BİRJA

19 Mart

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,80% –. 34,754.93 bəndədək, SP 500 indeksi 1,17% – 4,463.12 bəndədək, Nasdaq indeksi isə 2,05% – 13,893.84 bəndədək yüksəlib.

Fins.az Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,26% – 7,404.73 bəndədək, Fransanın CAC-40 indeksi 0,12% – 6,620.24 bəndədək, Almaniyanın DAX indeksi isə 0,17% – 14,413.09 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,34% azalaraq 1,1051 dollar təşkil edib.