BİRJA

17 Mart

London Metal Birjasında nikel ticarəti bərpa olunur

London Metal Birjasında (LMB) nikel ticarəti London vaxtı ilə saat 14:00-da yenidən açılıb.
Birjadan verilən açıqlamada, LMB-də "texniki sistem xətası" səbəbiylə dünən gün səhər saatlarında dayandırılan nikel əməliyyatlarının London vaxtı ilə saat 14:00-da yenidən açıldığı qeyd edilib.

LMB-nin bu səhər verdiyi açıqlamada nikel ticarətinin yenidən başladığı, lakin bazarın açılması ilə gündəlik qiymət limitləri ilə bağlı "texniki sistem xətası" səbəbindən əməliyyatların dayandırıldığı ifadə edildi.

Ötən həftə Rusiyanın dünyanın ən böyük nikel istehsalçılarından biri olan Ukraynaya hücumundan sonra tədarüklə bağlı narahatlıqlara görə nikelin qiyməti 100 min dolları keçib. Elektrikli nəqliyyat vasitələri və polad sənayesi üçün böyük əhəmiyyət kəsb edən nikel qiymətlərindəki artımlara görə LMB-də əməliyyatlar 8 Martda dayandırılıb. 

LMB bazar ertəsi günü, son dövrdə yaşanan rekord artımlar və dalğalanmalara görə nikel və digər əsas metallarla bağlı ticarət üçün gündəlik qiymət limitləri təyin edəcəyini açıqlayıb. Buna görə, nikel üçün bu hədd həm yuxarı, həm də aşağı 5% olaraq təyin olunub.

Müxtəlif metallar və mallar üçün fyuçers müqavilələri təklif edən Böyük Britaniyada yerləşən LMB birjasında nikelin 3 aylıq qiyməti 7 Martda, London vaxtı ilə saat 08:01-də bağlanışla müqayisədə 8,5% azalaraq 43,995 dollar səviyyəsində alınıb.