BİRJA

16 Mart

“ABŞ-ın kriptovalyuta addımı, Bitcoin-i \"vura\" bilər”

ABŞ prezidenti Bayden tərəfindən imzalanan kriptovalyuta fərmanı ilk növbədə kriptovalyuta bazarında  10%-dan çox artıma səbəb olsa da, bəzi ekspertlər bu qərarın ABŞ administrasiyası üçün zəmin yaratmaq üçün atılmış addım olduğunu düşünür. 

"Fins.az" xəbər verir ki,ABŞ prezidenti Co Baydenin hökumət qurumlarına ötən həftə daha çox diqqəti kriptovalyutalara yönəltmək göstərişi bəzi investorlar tərəfindən rəqəmsal aktivlər üçün yaxşı işarə kimi qəbul edilsə də, bunun Bitcoin-ə aşağı istiqamətli təzyiq göstərəcəyini düşünən strateqlər də  var.

Martın 9-da Bayden müvafiq sərəncam imzaladıqdan sonra bitkoin 11 faizə qədər artım qeydə alınıb.

Ekspertlər bu reaksiyanın səhv yönləndirmə nəticəsində olduğunu ifadə edərək, ABŞ Maliyyə Nazirliyinin Bitcoin-in xaric edilməsinə meylli olduğunu düşündüyünü açıqlayıb.Ekspertlər həmçinin rəhbərliyin ABŞ rəqəmsal valyutası üçün zəmin hazırladığını vurğulayaraq, bu hərəkətin mümkün olduğu qədər Bitcoin üçün mənfi  addım olduğunu hesab etdiklərini qeyd ediblər.