BİRJA

03 Sentyabr

Çində innovativ  şirkətlər üçün yeni birja yaradılır

Çin prezidenti Xi Jinping, sistemdə öz kapital maliyyələşdirməsinin rolunu artırmaq üçün Pekində yeni bir birja quracaqlarını açıqladı.

Fins.az xəbər verir ki,birjanın kiçik və orta ölçülü innovativ müəssisələr üçün bir platforma olacağını ifadə edən Xi, birjanın nə vaxt qurulacağı ilə bağlı ətraflı məlumat verməyib.

Xi bugünkü çıxışında, 2013 -cü ildə Pekində qurulan Milli Səhmlər Birjası və Kotirovkalarının (NEEQ) yenilənəcəyini bildirib.

Çin, bankların hakim olduğu maliyyə sistemində iqtisadiyyatın borc nisbətini azaltmaq üçün öz kapital maliyyələşdirmə payını artırmaq istəyir. "STAR Market" birjası ölkədə 2019 -cu ildə texnologiya startaplarının maliyyələşdirilməsini təmin etmək üçün qurulub.

Çinin Sərmayə Bazarı Alətləri Tənzimləmə Şurası da verdiyi açıqlamada, Pekin Birjasının yaradılmasının, yeniliklərə üstünlük verən milli inkişaf strategiyasının hazırlanması üçün əhəmiyyətli bir addım olacağını bildirib.

Müəllif:Aynur Qəniyeva