BİRJA

31 Avqust

Qızıl BAHALAŞIB-SON QİYMƏT

Qızıl qiymətləri bazar ertəsi günü düşdükdən sonra çərşənbə axşamı Asiya birjalarında  yüksəlib, məşhur sərmayəçi Mark Mobius isə valyutaların dəyərdən düşməsinə qarşı qızıl saxlamağı tövsiyə edib.
Fins.az xəbər verir ki, qızıl qiymətləri bazar ertəsi günü birjalarda son 4 həftənin ən yüksək qiymətinə yaxın ticarət edildikdən sonra Asiya bazarlarında yenidən yüksəlir. 

Fed sədri Jerome Powellin Jackson Hole simpoziumunda çıxışı qızılı dəstəkləsə də, birjalarda daha güclü təsir göstərdi. SP 500 yenidən rekordlar qırdıqca, qlobal birjalar yeddi aylıq güclü korporativ gəlirlər və davamlı pul siyasətinin gözləntiləri ilə əlaqədar gəlir əldə etdib.

Müəllif:Aynur Qəniyeva