BİRJA

30 Avqust

Təbii qaz qiymətləri rekord səviyyədə BAHALAŞIB

Meksika körfəzini təsir edən "Ida" qasırğası neft hasilatına təsir göstərərkən, LNG tədarükü ilə əlaqədar risklər ortaya çıxdıqca Avropada təbii qaz qiymətləri rekord səviyyəyə yüksəlib.
Fins.az xəbər verir ki,Meksika Körfəzində təsirini hiss edən İda qasırğası ABŞ -da yanacaq qiymətlərini artırdı, təbii qazın qiymətləri Avropa bazarlarında rekord səviyyəyə qalxıb

ICE İndeksində gələn ay üçün qaz qiymətləri 2,7% artaraq bir meqavat / saat üçün 49,095 avroya yüksəlib. Qasırğanın Avropadakı karbon fyuçerslərinə də təsiri olub Buna görə, ton başına karbon fyuçersləri 3,4 faiz artaraq 61,01 avroya yüksəlib. Oktyabr ayında Nyu -Yorkda yanacaq fyuçersləri 4% artıb.

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 72 dollara satılır. ABŞ xam nefti 68 dollara düşüb.Cümə günü 71,17 dollara düşən Brent markalı neftin bir barel qiyməti günü 72,70 dollara başa vurub.

Müəllif:Aynur Qəniyeva