BİRJA

27 Avqust

Apple CEO-su Tim Cook 750 milyon dollarlıq səhm alır

Apple CEO-su Tim Cook, 750 milyon dollar dəyərində beş milyondan çox Apple səhmini satın alıb. 

Fins.az xəbər verir ki,ABŞ -ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən yayılan bir sənədə görə, Apple CEO-su Cook, bu həftə Apple səhmlərini alıb. Bloomberg News -un hesablamalarına görə, satınalma təxminən 750 milyon dollar dəyərində olan təxminən 5 milyon səhmdən ibarətdir.

Cook, 2021 -ci ildə vəzifəyə başlayanda etdiyi müqavilə çərçivəsində haqq etdiyi ən böyük payı alıb. Keçən il 2026 -cı ilə qədər davam edəcək yeni bir kompensasiya paketi alan Cook -un təzminatının əksəriyyəti məhdud səhmdir.

Son üç ildə ümumi səhmdar gəliri 191,83 % olan Apple, həmyaşıdları arasında ilk üçlüyə daxil oldu, və 442 şirkət arasında 13 -cü oldu.

Apple -ın səhmləri Cook 2011 -ci ildə CEO vəzifəsinə gəldikdən sonra 1200 faizdən çox bahalaşıb. 

SEC -də yayımlanan sənədə görə, Cook bu həftənin əvvəlində adı açıqlanmayan bir xeyriyyə təşkilatına təxminən 10 milyon dollarlıq Apple səhmini bağışlayıb. Kuk daha əvvəl bütün sərvətini xeyriyyə təşkilatlarına bağışlayacağını bildirmişdi. 

Müəllif:Aynur Qəniyeva