BİRJA

27 Avqust

Bitkoin sürətlə ucuzlaşır-SON QİYMƏT

Bu səhərdənetibarən Bitcoin son 24 saatda 1.9 faiz dəyər itirərək 46.900 dollara qədər ucuzlaşıb. Beləliklə, Bitcoin -də həftəlik qazancların hamısını itirib.

Fins.az xəbər verir ki,Ethereum da oxşar şəkildə 1,7 % ucuzlaşaraq 3099 dollar təşkil edib. Cardano'da (ADA) azalma  4,7% olub.

Bazar dəyəri baxımından ilk 100 -ə daxil olan kriptovalyutalardan 91 -i son 24 saat ərzində dollar dəyərini itirib. Bu azalmalar Bitcoin -dəki texniki enişdən qaynaqlanır.

Bu gün Fed sədri Jerome Powellin saat 17.00 -dəki açıqlamalarını kriptovalyutalar və ənənəvi birjalar izləyəcək. Pauellin Fed -in aktiv satın alma proqramının gedişi ilə bağlı açıqlamalar verəcəyi gözlənilir. Mütəxəssislər, dolları möhkəmləndirəcək bəyanatların əvvəlcə kriptovalyuta qiymətlərinə mənfi təsir göstərə biləcəyini bildirir.

Müəllif:Aynur Qəniyeva