BİRJA

26 Avqust

Qızıl, Jackson Hole görüşü ərəfəsində UCUZLAŞIR

Qızıl qiymətləri investorların sabah səbirsizliklə gözlədikləri Jackson Hole simpoziumundan əvvəl üçüncü gün enib 
Fins.az xəbər verir ki, Fed sədri Jerome Powellin sabah Jackson Hole simpoziumunda verəcəyi mesajlar bazarların diqqət mərkəzindədir. Pauellin çıxışında aktiv alqı -satqısının nə vaxt və necə azalacağı ilə bağlı siqnallar verib -verməyəcəyi təqib olunacaq.

İqtisadiyyatdakı son canlanma və inflyasiyanın artması pul siyasətinin normallaşması üçün yer açsa da, artan yoluxma sayı iqtisadiyyatı təhdid etməyə davam edir.

Sidneydə yerləşən ABC Bullion şirkətinin rəhbəri Nicholas Frappell bildirib ki, "Əksər ekspertlər aktivlərin azaldılması və gələcək pul siyasəti ilə bağlı aydın mövqeyin olacağı qənaətindədirlər. Düşünürəm ki, Dolların aktivliyi və 10 illik istiqraz faizinin artması ilə bağlı qızılın qiyməti  1 unsiya üçün 1810 dollardan aşağı olaraq qalacaq. "

Spot qızıl Sinqapurda saat 12: 23 -də 0,2 % ucuzlaşaraq 1787,54 dollar / unsiyaya bərabər olub. Dünən isə 0,7 % ucuzlaşma müşahidə edilib

Müəllif: Aynur Qəniyeva