BİRJA

26 Avqust

AzFinance İnvestisiya şirkəti dövlət qurumları ilə birgə sahibkarlara təlim keçib

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Fond Birjası tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçirililb.

Fins.az xəbər verir ki,təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti  və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. 

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.