Dekabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 30,303.37 bəndədək, SP 500 indeksi 0,58% – 3,722.48 bəndədək, Nasdaq indeksi isə 0,84% – 12,764.75 bəndədək yüksəlib.
Avropa fond bazarlarında dekabrın 17-də FTSE 100 indeksi 0,30% – 6,551.06 bəndədək enib, Fransa CAC-40 indeksi 0,03% – 5,549.46 bəndədək, Almaniya DAX indeksi isə 0,75% – 13,667.25 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,85% artaraq 1 871,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,55% artaraq 1,2262 dollar təşkil edib.