Bakı 17 dekabr Fins.az
İranla nüvə anlaşmasına tərəf olan ölkələrin nazirləri toplantı keçirəcək.
Fins.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Əlaqələr Xidmətindən məlumat verilib.
İranla nüvə müqaviləsinin lehinə olan ölkələrin diplomatları AB-nin Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmidin rəhbərliyi altında videokonfransa qatılıb. Konfransda dekabrın 21-də nazirlərin iştirakı ilə toplantının keçirilməsi barədə qərar qəbul edilib.