Bakı 17 dekabr Fins.az
Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,15% – 30,154.54 bəndədək enib, SP 500 indeksi 0,18% – 3,701.17 bəndədək, Nasdaq indeksi isə 0,50% – 12,658.19 bəndədək yüksəlib.
Avropa fond bazarlarında dekabrın 16-da FTSE 100 indeksi 0,88% – 6,570.91 bəndədək, Fransa CAC-40 indeksi 0,31% – 5,547.68 bəndədək, Almaniya DAX indeksi isə 1,52% – 13,565.98 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,39% artaraq 1 856,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,29% artaraq 1,2195 dollar təşkil edib.