Elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın səhmləri dünən ilk dəfə 420 dolları keçib.
Tesla-nın Çin banklarından maliyyə cəlb ediləcəyi xəbəri şirkətin səhmlərinin dünən rekord qırmasına səbəb olub. "Marja" xəbər verir ki, səhmlər 4% ətrafında bahalaşaraq 422.01 dollar olub.
Şirkətin Şanxaydakı zavodunda istehsal etdiyi Model 3 elektrikli avtomobillər üçün Çin banklarından 10 milyard yuan (1.4 milyard dollar) kredit alacağı bildirilir. Mövzuya dair açıqlamanın bu həftə veriləcəyi gözlənilir.
Tesla-nın səhmləri 23 Oktyabrda açıqlanan sürpriz mənfəət rəqəmindən bu yana 65% bahalaşıb. Şirkətin İcraçı direktoru Elon Musk dünən Twitterdə "səhmlərin çox yüksəldiyi" mesajını paylaşıb.
stock art pic.twitter.com/HSWnwK68OV
© Marja