Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 157,6 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu, proqnozdan 21,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.
Hesabat dövründə bölgədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,2 % artaraq 115 milyon manata yaxın, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 3 milyon manatdan çox, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 14,9 % artaraq 21 milyon manata yaxın olub.
Fuad Mədətov
Fins.az