Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.
Fins.az bu barədə DVX-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 % azdır.
9 aylıq vergi daxilolmalarının 8 milyard 417,5 milyon manatı və yaxud 70,2 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,4 % çoxdur.
Fuad Mədətov
Fins.az