2023-cü ilin yekunlarına görə, “Azəristiliktəchizat” ASC-yə dövlət tərəfindən edilən kapital qoyuluşu 2022-ci illə müqayisədə 4,7% artaraq 55,6 milyon manatdan 58,2 milyon manata yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə məlumat 2023-cü il dekabrın 31-nə olan maliyyə hesabatında qeyd olunub.
Maliyyə hesabatına əsasən, ASC-nin aktivləri hesabat dövrü ərzində 154,4 milyon manat təşkil edib, öhdəlikləri isə 77,7 milyon manat səviyyəsində olub. Eyni zamanda, “Azəristiliktəchizat” ötən ili 9,8 milyon manat məbləğində zərərlə başa vurub.
Fuad Mədətov
Fins.az