Bu il Sabirabad rayonunda 13,551 hektar ərazidə pambıq əkilib.
Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, pambıq tarlalarında bu təsərrüfat ilində bol məhsul yetişdirilib.
Yetişdirilən pambığın 90-95%-inin pambıqyığan maşınlarla toplanması planlaşdırılır. Yığım prosesinə 50 pambıqyığan maşın, 195 nəqliyyat vasitəsi və 367 lafet cəlb olunacaq. Bir neçə gündən sonra kütləvi pambıq yığımına başlanılması gözlənilir.
Cari ildə hər hektardan 31,8 sentner məhsul götürülməsi proqnozlaşdırılıb, bu da ötən ilki 28 sentnerlik göstəricidən daha yüksəkdir.
Fuad Mədətov
Fins.az