BAZAR

25 Sentyabr

SİF Naxçıvanda 30 layihəyə 1,5 milyon manat güzəştli kredit verib

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında 30 layihənin maliyyələşdirilməsinə 1,5 milyon manat güzəştli kredit verib.

Bu barədə Fins.az-a Fondan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 41 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2023-cü ilin fevral ayından Fondun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Fuad Mədətov
Fins.az