BAZAR

20 Sentyabr

Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının dəyəri 5,8% artıb

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının dəyəri 2 milyard 947 milyon 301 min ABŞ dolları təşkil edib.

Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, bir il əvvəlki dövrə nisbətən 5,8% artım deməkdir.

Bu dövr ərzində Azərbaycanın Rusiyaya ixracı 767 milyon 439 min ABŞ dolları olub, bu isə əvvəlki ilə müqayisədə 3,4% azalma göstərir. Rusiya, Azərbaycanın ümumi ixracında 4,21% paya sahibdir.

Eyni zamanda, Azərbaycana Rusiyadan məhsul idxalı 2 milyard 179 milyon 862 min ABŞ dolları təşkil edib ki, bu da 9,4% artım deməkdir.

Rusiya Azərbaycanın ümumi idxalında 17,08% paya malikdir.

Fuad Mədətov
Fins.az