2024-cü ilin 20 mart - 21 iyul tarixləri arasında İranın Azərbaycana qeyri-neft məhsul ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 56%, çəki baxımından isə 18,9% artıb.
Bu barədə Fins.az İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Məlumatya görə, bu dövrdə İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 236 milyon dollar dəyərində və 296 min ton ağırlığında olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 151 milyon dollar dəyərində və 249 min ton təşkil edirdi.
İran, Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edir.
Cari İran ilinin 4 ayı ərzində İranın qeyri-neft məhsul ixracı ümumilikdə 17,5 milyard dollar dəyərində və 47,9 milyon ton ağırlığında olub. Bu dövrdə qeyri-neft məhsul ixracı dəyər baxımından 10%, çəki baxımından isə 4,6% artıb.
Fuad Mədətov
Fins.az