2024-cü ilin 4 ayında (20 mart - 21 iyul) İranın Azərbaycandan məhsul idxalı, ötən ilin eyni dövrü ilə (21 mart - 22 iyul 2023) müqayisədə dəyər baxımından 71%, çəki baxımından isə 57% azalıb.
Bu barədə Fins.az İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya görə, 2024-cü ilin 4 ayında İran Azərbaycandan 6,43 milyon dollar dəyərində 3,3 min ton məhsul idxal edib. Ötən ilin eyni dövründə isə İranın Azərbaycandan idxalı təxminən 22,6 milyon dollar dəyərində 7,84 min ton təşkil edib.
İranın Azərbaycandan idxal etdiyi məhsullar arasında müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və digər məhsullar yer alır.
Cari İran ilinin 4 ayında İranın ümumi məhsul idxalı 19,9 milyard dollar dəyərində 12,6 milyon ton təşkil edib. Bu dövrdə İranın məhsul idxalı, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 2%, çəki baxımından isə 6,7% artıb.
Fuad Mədətov
Fins.az