2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Aliağa limanı 41 milyon 563 min 274 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi təqdim edib.
Nazirlikdən verilən məlumata görə, Aliağa limanında Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 948 min 86 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 36 milyon 615 min 188 ton yük daşınıb. Eyni dövrdə Aliağa limanından 3 milyon 139 min 671 ton tranzit yük aşırılıb.
2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton olub. Digər ölkələrin bayraqları altında olan gəmilərlə yük daşınması isə 29 milyon 625 min 39 ton təşkil edib.
Eyni zamanda, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton tranzit yük daşınıb. Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərlə yük qəbulu 17 milyon 455 min 606 ton, digər ölkələrin bayraqları altında olan gəmilərlə yük daşınması isə 218 milyon 834 min 222 ton olub. Türkiyə limanlarından 40 milyon 858 min 235 ton tranzit yük daşınıb.
2024-cü ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında 3 min 508 gəmi, Türkiyə bayrağı altında isə 2 min 154 gəmi daxil olub. Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib. Bu müddət ərzində digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub.
Fuad Mədətov
Fins.az