“Eurostat” agentliyinin verdiyi məlumata əsasən, Avrozonada, ilkin hesablamalara görə, illik inflyasiya öncəki ay ilə müqayisədə iyun ayında 2.6%-dən 2.5%-ə enib.
Fins.az xəbər verir ki, göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Aylıq ifadədə Avrozonada istehlak qiymətləri, ilkin hesablamalara görə, 0.2% artıb.
Qeyd etmək lazımdır ki, 2023-cü ilin iyun ayının sonunda Avrozonada illik 5.5% inflyasiya qeydə alınmışdı.
Hesabat dövründə baza inflyasiya illik ifadədə may ayında olduğu kimi 2.9% təşkil edib, analitiklər 2.8%-ə qədər yavaşlama olacağını proqnozlaşdırmışdılar.
Ən yüksək illik inflyasiya Belçikada (5.5%), ən aşağı göstərici isə Finlandiyada (0.6%) qeydə alınıb.
Kaira Agayeva
Fins.az