BAZAR

11 İyun

Naxçıvan iqtisadiyyatı 2,2 % böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.

Fins.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,2 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 % artaraq 1 141,8 manat olub.

Eyni zamanda, bu ilin yanvar-may aylarında muxtar respublikada 212 milyon 239 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 7,2 % üstələyib.

Sənaye məhsulunun 189 milyon 78 min 600 manatı və ya 89,1 %-i malların, 23 milyon 160 min 400 manatı və ya 10,9 %-i isə xidmətlərin payına düşüb.

Fuad Mədətov
Fins.az