BANK

21 Noyabr

AYİB Orta Dəhliz boyunca iş istiqamətlərini müəyyən edir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos, COP29 çərçivəsində keçirilən “Dayanıqlı və rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda yüksək səviyyəli dəyirmi masada Orta Dəhliz boyunca bir çox iş istiqamətlərinin müəyyənləşdirildiyini bildirib.

Fins.az xəbər verir ki, AYİB-in bütün Orta Dəhliz ölkələrində iştirak etdiyini vurğulayan Drakinos, bankın geniş şəbəkəsi vasitəsilə, milli və regional prioritetləri razılaşdırıb layihələrə çevirmək üçün müxtəlif tərəfdaşlarla, o cümlədən idarəetmə, nəqliyyat infrastrukturu operatorları və yük sahibləri ilə əməkdaşlıq etməyə çalışdıqlarını qeyd edib. O, həmçinin, Orta Dəhliz boyu “sərt” infrastruktur və “yumşaq” əlaqə sahələrində çoxsaylı iş sahələrinin müəyyən edildiyini vurğulayıb və AYİB-in bu sahələrdə əməkdaşlıq etməyə və niyyətləri həyata keçirməyə hazır olduğunu bildirib.