BANK

29 Oktyabr

Sosial şəbəkələrdə aktiv olmayan BOKT-lar: Geridə qalmış BOKT-ların SİYAHISI - CƏDVƏL

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) sosial media üzərindən də özlərini təbliğ etməyə başlayıblar.

Fins.az xəbər verir ki, maliyyə təşkilatlarının Facebook və Instagram platformalarındakı izləyici sayları onların tanınmışlığı və müştəri əlaqələrini gücləndirmə səylərini göstərir.

Facebook-da hesabı olan 34 BOKT arasında “PARA” BOKT ASC 131,000 izləyici ilə liderdir. “TBC Kredit BOKT” MMC isə 47,000 izləyici ilə ikinci sıradadır və bu, onların müştəri əlaqələrini möhkəmləndirmək üçün sosial media fəaliyyətlərinə verdikləri önəmi göstərir. Üçüncü sırada isə “MM Finca Azerbaijan” QBKT 27,000 izləyici ilə yer alır. Digər nəzərə çarpan BOKT-lar arasında “İDEAL KREDİT” MMC və “KredAqro” BOKT MMC 9,200 və 9,300 izləyici ilə seçilirlər.

Facebook-da ən az izləyici sayına sahib olan BOKT-lardan biri isə “Finex Kredit BOKT” ASC-dir və yalnız 17 izləyiciyə malikdir.

Facebook-dakı bəyənmə sayına gəldikdə isə, “MM Finca Azerbaijan” QBKT 26,000 bəyənmə ilə liderdir, onu 10,000 bəyənmə ilə “International” ASC və 1,700 bəyənmə ilə “BOKT EMBAFİNANS” QSC izləyir. Ən az bəyənmə sayına sahib olan “FinEx Kredit” BOKT ASC yalnız 3 bəyənməyə malikdir ki, bu da onların sosial media aktivliyinin aşağı olduğunu göstərir. Bu statistika BOKT-ların müştəri bazası və sosial media strategiyalarının effektivliyini göstərən əsas göstəricilərdən biridir.

Facebook

S/n BOKT-lar Facebook profili bəyənmə sayı Facebook profili izləyici sayı
1 “AZİNVESTKREDİT BOKT” MMC 204 203
2 “Azərbaycan Mikro-Kredit BOKT” ASC 198 292
3 BOKT “EMBAFİNANS” QSC 1,700 1,800
4 BOKT "Falcon Finance" MMC 324 344
5 "FinEx Kredit" BOKT ASC 3 17
6 MM “Finca Azerbaijan” QBKT 26,000 27,000
7 “FİNOKO” BOKT ASC 7,200 7,200
8 BOKT “İDEAL KREDİT” MMC 9,000 9,200
9 BOKT “İnkişaf üçün Maliyyə” MMC 13 14
10 ”KredAqro” BOKT MMC 9,100 9,300
11 “PREMİER KREDİT BOKT” MMC 132 170
12 “TBC Kredit BOKT” MMC 47,000 47,000
13 “Prior Credit BOKT” ASC 6,100 7,100
14 “NAS PROJECT BOKT" ASC 58 62
15 BOKT "Avrasiya-kredit" MMC 563 582
16 “Azmikroinvest BOKT” MMC 951 951
17 “ASEL Kredit” BOKT MMC 56 55
18 “Brand Credit BOKT” MMC 483 505
19 “BOKT İDK” MMC 1,000 1,000
20 “City Finance” BOKT MMC 828 855
21 “İcraçı Kredit Agentliyi” MMC BOKT 648 640
22 BOKT “İnternational” ASC 10,000 10,000
23 “Kəpəz” BOKT MMC 61 64
24 “Kredit Servis BOKT” MMC 14 14
25 “Merkuri BOKT” QSC 44 48
26 “M Bulak BOKT” MMC 512 544
27 “PARA” BOKT ASC 131,000 131,000
28 “ProKredit BOKT” MMC 557 580
29 "PSG Finans" BOKT MMC 466 478
30 “REGİONAL” BOKT MMC 163 497
31 "PAYONİX BOKT" MMC 1,200 1,300
32 "Nova Credit BOKT" MMC 22 24
33 “MCB BOKT" QSC 1,100 1,300
34 BOKT "ASET Maliyyə Texnologiyaları" MMC 106 115

Instagram platformasında isə BOKT-lar arasında “TBC Kredit BOKT” MMC 72,200 izləyici ilə liderdir. “International BOKT” ASC isə 50,200 izləyici ilə ikinci yerdədir. Həmçinin, “NAS PROJECT BOKT” ASC 47,900 izləyici ilə diqqət çəkir. Instagram platformasında izləyici sayının artması, BOKT-ların məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtma imkanlarını artırır.

Instagram

S/n BOKT-lar Paylaşım sayı İzləyici sayı
1 “Azərbaycan Mikro-Kredit BOKT” ASC 443 3,260
2 BOKT "AzFinans" MMC 15 29
3 BOKT “EMBAFİNANS” QSC 660 1,379
4 BOKT "Falcon Finance" MMC 22 160
5 "FinEx Kredit" BOKT ASC 54 1,147
6 MM “Finca Azerbaijan” QBKT 252 17,300
7 “FİNOKO” BOKT ASC 454 3,158
8 BOKT “İDEAL KREDİT” MMC 543 33,900
9 ”KredAqro” BOKT MMC 307 7,580
10 “TBC Kredit BOKT” MMC 333 72,200
11 “Prior Credit BOKT” ASC 1,282 10,900
12 BOKT “AZKREDİT” ASC 11 635
13 “NAS PROJECT BOKT" ASC 49 47,900
14 BOKT “Azəri Star Mikromaliyyə” MMC 1 9,626
15 İnterational 1,201 50,200
16 “Azmikroinvest BOKT” MMC 5 32
17 “Brand Credit BOKT” MMC 55 26,800
18 “Caspian Finance BOKT” MMC 42 103
19 BOKT “Caspian İnvest” MMC 186 182
20 “City Finance” BOKT MMC 311 16,600
21 “FinTrend” BOKT MMC 0 40
22 “İcraçı Kredit Agentliyi” MMC BOKT 9 87
23 BOKT “İnternational” ASC 1,201 50,200
24 “Kəpəz” BOKT MMC 104 1,175
25 “Merkuri BOKT” QSC 172 3,514
26 “M Bulak BOKT” MMC 436 4,365
27 “PARA” BOKT ASC 1,101 2,061
28 “ProKredit BOKT” MMC 36 4,574
29 “REGİONAL” BOKT MMC 367 2,650
30 BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC 108 176
31 "MJ Finansial Services BOKT" ASC 71 1,114
32 BOKT "Finans Kredit" MMC 110 1,689
33 "PAYONİX BOKT" MMC 163 4,900
34 “MCB BOKT" QSC 267 2,106
35 BOKT "ASET Maliyyə Texnologiyaları" MMC 8 631

Fuad Mədətov
Fins.az