Azərbaycanda 2024-cü ilin üçüncü rübü üzrə öhdəliklərin həcmi ən yüksək olan banklar məlum olub.
Fins.az bankların rüblük hesabatları əsasında hazırladığı öhdəliklər üzrə reytinqə görə, ən böyük öhdəliklərə təqribən 11,5 milyard manatla bank sektorunun lideri olan ABB rəhbərlik edir. ABB-dən sonra "Kapital Bank" təqribən 9,4 milyard manat öhdəliklə ikinci pillədədir.
"Paşa Bank" 7,7 milyard manatla üçüncü, "Xalq Bank" 2,4 milyard manatla dördüncü, "Bank Respublika" isə təxminən 2 milyard manatla beşinci sırada qərarlaşıb.
Digər bankların öhdəlikləri 1-1,6 milyard manat arasındadır. Həmin bankların sıralaması belədir: "Unibank" 1,5 milyard manat, "Azər-Türk Bank" 1,4 milyard manat, "AccessBank" 1,3 milyard manat, "Yelo Bank" 1,5 milyard manat, "Rabitəbank" isə 1 milyard manat.
Öhdəlikləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (72,1 milyon manat) və "Bank Avrasiya" (120,4 milyon manat) olub.
Fuad Mədətov
Fins.az