BANK

16 Oktyabr

"Turan Bank"ın kredit portfeli 3,4% ARTIB

2024-cü ilin ilk 9 ayı ərzində "Turan Bank"ın ümumi kredit portfeli 21 milyon 427 min manat və ya 3,4% artaraq 650 milyon 783 min manata yüksəlib.

Bu barədə Fins.az bankın rüblük hesabatlarına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, bankın müxtəlif kredit növlərində artım qeydə alınıb.

Belə ki, istehlak kreditləri portfeli 6 milyon 117 min manat artaraq 148 milyon 699 min manat təşkil edib. Biznes kreditləri portfeli 5 milyon 877 min manat artımla 373 milyon 508 min manata çatıb. İpoteka kreditləri isə 9 milyon 433 min manat artaraq 128 milyon 576 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az