BANK

16 Oktyabr

"Azər-Türk Bank"ın kredit portfeli 79,2% ARTIB

2024-cü ilin yanvar-sentyabr aylarında "Azər-Türk Bank"ın (ATB) ümumi kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 344 milyon 407 min manat və ya 79,2% artaraq 779 milyon 326 min manata çatıb.

Bu barədə Fins.az bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ATB-nin kredit portfelinin müxtəlif seqmentlərində əhəmiyyətli artım qeydə alınıb.

Belə ki, istehlak kreditləri portfeli 63 milyon 259 min manat artaraq 284 milyon 17 min manata çatıb. Biznes kreditləri 262 milyon 712 min manat artımla 306 milyon 83 min manat təşkil edib. İpoteka kreditləri isə 18 milyon 437 min manat artaraq 189 milyon 227 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az