BANK

16 Oktyabr

"Expressbank"ın kredit portfeli 14,4% ARTIB

2024-cü ilin ilk doqquz ayı ərzində "Expressbank"ın kredit portfeli 58 milyon 949 min manat və ya 14,4% artaraq 468 milyon 202 min manata çatıb.

Bu barədə Fins.az bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Expressbank"ın fərdi kredit portfellərində də əhəmiyyətli artım müşahidə olunur.

Belə ki, istehlak kreditləri portfeli 26 milyon 58 min manat artaraq 215 milyon 420 min manat təşkil edib. Biznes kreditləri 27 milyon 125 min manat artımla 140 milyon 518 min manata yüksəlib. İpoteka kreditləri isə 5 milyon 765 min manat artaraq 112 milyon 263 min manat səviyyəsinə çatıb.

Fuad Mədətov
Fins.az