BANK

16 Oktyabr

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 11,4% artıb

2024-cü ilin yanvar-sentyabr aylarında "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 11,4% artaraq 325 milyon 61 min manata çatıb. 2023-cü ilin sonunda bu rəqəm 33 milyon 283 min manat idi.

Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. 

Bankın istehlak kreditləri 76 milyon 473 min manata, biznes kreditləri 201 milyon 668 min manata, ipoteka kreditləri isə 46 milyon 919 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az