BANK

16 Oktyabr

PAŞA Bank-ın kredit portfeli 14.6% artıb

2024-cü ilin yanvar-sentyabr aylarında "PAŞA Bank"ın kredit portfeli 14,6% artaraq 3 milyard 248 milyon 971 min manata çatıb. 2023-cü ilin sonunda bu rəqəm 413 milyon 528 min manat idi.

Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. 

Bankın istehlak kreditləri 94 milyon 508 min manata, biznes kreditləri 2 milyard 943 milyon 845 min manata, ipoteka kreditləri isə 210 milyon 618 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az