BANK

16 Oktyabr

"Kapital Bank"ın kredit portfeli 30,6% artıb

30 sentyabr 2023 - 30 sentyabr 2024 dövründə "Kapital Bank"ın kredit portfeli 30,6% artaraq 5 milyard 114 milyon 906 min manata çatıb. Bu, 1 milyard 198 milyon 341 min manat artım deməkdir.

Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. 

Bankın istehlak kreditləri 2 milyard 815 milyon 683 min manata, biznes kreditləri 1 milyard 689 milyon 217 min manata, ipoteka kreditləri isə 610 milyon 6 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az