2024-cü ilin yanvar-sentyabr aylarında "AFB Bank"ın kredit portfeli 6,6% artaraq 191 milyon 992 min manata çatıb. 2023-cü ilin sonunda bu rəqəm 180 milyon 50 min manat idi.
Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
Bankın biznes kreditləri 101 milyon 399 min manata, ipoteka kreditləri 70 milyon 374 min manata yüksəlib. İstehlak kreditləri isə 20 milyon 218 min manata enib, bu da 1 milyon 789 min manat azalma deməkdir.
Fuad Mədətov
Fins.az