BANK

16 Oktyabr

Bank Respublika-nın kredit portfeli 15.2% artıb

2024-cü ilin yanvar-sentyabr aylarında "Bank Respublika"nın kredit portfeli 15,2% artaraq 1 milyard 352 milyon 299 min manata çatıb. 2023-cü ilin sonunda bu rəqəm 178 milyon 70 min manat idi.

Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. 

Bankın istehlak kreditləri 295 milyon 321 min manata, biznes kreditləri 914 milyon 825 min manata, ipoteka kreditləri isə 142 milyon 152 min manata yüksəlib.

Fuad Mədətov
Fins.az