2024-cü ilin yanvar-sentyabr aylarında "Rabitəbank"ın kredit portfeli 12,8% artaraq 813 milyon 875 min manata çatıb. 2023-cü ilin sonunda bu rəqəm 92 milyon 716 min manat idi.
Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
Bankın istehlak kreditləri 281 milyon 725 min manata, biznes kreditləri 379 milyon 370 min manata, ipoteka kreditləri isə 152 milyon 779 min manata yüksəlib.
Fuad Mədətov
Fins.az