2024-cü ilin yanvar-sentyabr aylarında "Yelo Bank"ın kredit portfeli 17,5% artaraq 897 milyon 898 min manata çatıb. 2023-cü ilin sonunda bu göstərici 133 milyon 589 min manat idi.
Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
Bankın istehlak kreditləri 259 milyon 434 min manata, biznes kreditləri 556 milyon 770 min manata, ipoteka kreditləri isə 81 milyon 693 min manata yüksəlib.
Fuad Mədətov
Fins.az