Dövlət bankı Azər Türk Bank, 2024-cü ilin üçüncü rübünü uğurla başa vurdu.
Fins.az bu barədə bankın yayımladığı məlumata istinadən xəbər verir ki, 01 oktyabr 2024-cü il tarixinə aktivləri, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dək artaraq 1 milyard 548 milyon manat səviyyəsinə çatıb.
Eyni zamanda, bankın kredit portfelinin həcmi 779,3 milyon manat təşkil edir ki, bu da ötən ilin göstəricisinə nisbətən 80% artım deməkdir.
Azər Türk Bankın gəlirləri 106,5 milyon manat, xərcləri isə 79,5 milyon manat olub. 2024-cü ilin doqquz ayında Bank 18,3 milyon manatdan çox xalis mənfəət əldə edib.
Bankın cəmi öhdəlikləri 1,4 milyard manat təşkil edir; bu məblğ daxilində depozit portfeli 928,4 milyon manata yüksəlib. Əhali tərəfindən Banka yatırılan əmanətlərin məbləği 84 milyon manatdır.
01 oktyabr 2024-cü il tarixinə Bankın məcmu kapitalı 96,3 milyon manat olub.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 23% təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Fuad Mədətov
Fins.az