"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 4 milyon 700 min manat xalis mənfəət ilə başa vurub. Bu, bankın 2023-cü ilin eyni dövründə əldə etdiyi 3 milyon 481 min manat xalis mənfəət ilə müqayisədə 1 milyon 219 min manat (35%) artım deməkdir.
Maliyyə Göstəriciləri
Fins.az xəbər verir ki, bankın 2023-cü ilin 9 ayında 24 milyon 447 min manat olan faiz gəlirləri, 2024-cü ilin 9 ayında 26 milyon 875 min manat olub. Bu, 2 milyon 428 min manat (9,9%) artım göstərir. 2024-cü ilin 9 ayı ərzində qeyri-faiz gəlirləri isə 3 milyon 133 min manat (37%) artaraq 11 milyon 501 min manat təşkil edib.
ASB-nin əməliyyat mənfəəti 2024-cü ilin 9 ayında 2023-cü ilin 9 ayı ilə müqayisədə 1 milyon 202 min manat (26,7%) artaraq 5 milyon 697 min manat olub.
Kredit Portfeli
30 sentyabr 2023-cü il tarixilə müqayisədə, "Azərbaycan Sənaye Bankı"nın kredit portfeli 19 milyon 76 min manat (7,8%) artaraq 2024-cü ilin 9 ayında 262 milyon 783 min manat olub.
Depozitlər
Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 16 milyon 105 min manat (4,1%) artaraq 407 milyon 884 min manat təşkil edib.
Cəmi Aktivlər
Müqayisə olunan dövrdə bankın cəmi aktivləri 37 milyon 533 min manat (5,3%) artaraq 745 milyon 40 min manat olub. Bankda cəmi depozitlər isə 5 milyon 674 min manat artaraq 444 milyon 450 min manata yüksəlib.
Fuad Mədətov
Fins.az