"AccessBank" QSC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 41 milyon 454 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 29 milyon 309 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 12 milyon 145 min manat (41,4%) artıb.
Maliyyə Göstəriciləri
Faiz gəlirləri 2023-cü ilin 9 ayı ərzində 142 milyon 19 min manat olan faiz gəlirləri, 2024-cü ilin 9 ayı ərzində 165 milyon 396 min manat təşkil edib, bu da 23 milyon 377 min manat (16,5%) artım deməkdir. Qeyri-faiz gəlirləri isə 2023-cü ilin 9 ayının yekunu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində qeyri-faiz gəlirləri 244 min manat artaraq 13 milyon 669 min manat olub.
Kredit Portfeli
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 107 milyon 884 min manat (10,6%) artaraq 1 milyard 121 milyon 649 min manat olub.
Cəmi Aktivlər
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "AccessBank"ın cəmi aktivləri 72 milyon 229 min manat (5,2%) artaraq 1 milyard 464 milyon 516 min manat təşkil edib.
Depozitlər
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "AccessBank"da cəmi depozitlər 2 milyon 422 min manat azalaraq 1 milyard 49 milyon 153 min manat olub.
Fiziki şəxslərin depozitləri 23 milyon 671 min manat azalaraq 818 milyon 795 min manat olub. Hüquqi şəxslərin depozitləri isə 21 milyon 249 min manat artaraq 230 milyon 358 min manata yüksəlib.
Fuad Mədətov
Fins.az