BANK

15 Oktyabr

Bank "BTB"-nin III rüb üzrə xalis mənfəəti 3 milyon manat təşkil edib- HESABAT

Bank "BTB" 2024-cü ilin ilk 6 ayı ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olub.

Maliyyə Göstəriciləri

2023-cü ilin ilk yarımili ilə müqayisədə bankın xalis faiz gəlirləri 12% artaraq 2024-cü ilin ilk yarımilinin sonuna 6 milyon manat olub. Qeyri-faiz gəlirləri isə 17.2% artaraq 2.6 milyon manat yüksəlib. Bankın xalis əməliyyat mənfəəti 2.6 dəfə artaraq 2.3 milyon manat çatıb, xalis mənfəəti isə 3 milyon manat təşkil edib.

Kredit Portfeli

Bank "BTB"nin kredit portfeli son 12 ay ərzində 4% artaraq 285 milyon manat olub. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank "BTB" 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 81 müştəriyə 7.5 milyon manat, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə isə 41 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirib.

Kapital Adeqvatlığı

2024-cü ilin 2-ci rübünün sonuna bankın məcmu kapitalı 52.1 milyon manat təşkil edib ki, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.9% olub, bu da Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində Bank "BTB" nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırıb.

Likvidlik

Bankın ani likvidlik əmsalı 94% təşkil edir ki, bu da Mərkəzi Bankın minimum tələbi olan 30%-dən xeyli yüksəkdir.

Fuad Mədətov
Fins.az