BANK

15 Oktyabr

ABB bu ilin III rübünü xalis mənfəətlə başa vurub - HESABAT

Ölkənin ən iri bankı olan ABB 2024-cü ilin III rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.

235 milyon manatdan çox xalis mənfəət

Fins.az bankın hesabatına istinadən xəbər verir ki. ABB cari ilin III rübünü 235 milyon 84 min manat xalis mənfəətlə başa vurub. Bank bu dövrdə 54 milyon 273 min manat mənfəət vergisi ödəyib.

Faiz gəlirlərində artım

Bankın faiz gəlirləri 668,1 milyon manat olub. Faiz gəlirlərinin də  böyük hissəsini, yəni 480,2 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 9,2 milyon manat təşkil edib.

Əvvəlki illə müqayisədə ümumi gəlirlər 92,5 milyon manat və ya 16%, kreditlərdən əldə olunan gəlirlər 145,3 milyon manat və ya 44%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 11,6 milyon manat (13%) artıb.

Bankın faiz xərcləri isə 165,6 milyon manat olub ki, bu da son bir ildə 69,7 milyon manat və ya 73% çoxdur.

Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 498,2 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 25,6 milyon manat (5%) artım deməkdir.

Qeyri-faiz gəlirləri əhəmiyyətli dərəcədə artıb

ABB-nin qeyri faiz gəlirləri 228,2  milyon manat, xərcləri isə 362,6  milyon manat olub. Gəlirlər 2023-cü ilin III rübü ilə müqayisədə 63,5 milyon manat (39%), xərclər isə 97,4 milyon manat (38%) çoxdur.

Qeyri-faiz gəlirlərinin 164 milyon manatı haqq və komissiya gəlirlərinin, 43 milyon manatı xarici valyutadan gəlirlər, 20,5 milyon manatını digər gəlirlər təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 64,7 milyon manat (65%), digər gəlirlər 2,3 milyon manat (13%) artıb.

Xərclərin də 128,6 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 22,4 milyon manatı inzibati xərclərin, 21,1 milyon manatı amortizasiya xərclərinin, 180,5 milyon manatı isə digər xərclərin payına düşüb.

Xərclərdə müsbət dinamika

Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 22,9 milyon manat (22%), ümumi və inzibati xərclər 4,5 milyon manat (25%),  digər xərclər isə 70,8 milyon manat (65%) artıb.

Aktivləri 13 milyard manatı ötüb

2024-cü ilin III rübündə ABB 13 milyard 436 milyon manat aktivlərə malik olub.

Aktivlərin 3 milyard 287 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 888 milyon manatını ticarət və qiymətli kağızlar,6 milyard 88 milyon manatını isə kredit portfeli təşkil edib.

Qiymətli kağızlara yatırımlar 602,9  milyon manat (26%) artıb.

Kredit portfeli böyüməkdə davam edir

  ABB-nin cəmi kredit portfeli 2024-cü ilin III rübündə  2023-ci ilin sonu ilə  müqayisədə 1 milyard 39  milyon manat və ya 21% böyüyüb. O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 381,6 milyon manat (28%) artaraq 1 milyard 752 milyon manata, biznes kreditləri portfeli 437,2 milyon manat və ya 17% artaraq 2 milyard 942 milyon manata, ipoteka kreditləri portfeli 220,2 milyon manat və ya 19% artaraq 1 milyard 394 milyon  manata çatıb.

Bankın öhdəlikləri hesabat dövründə 11 milyard 550 milyon manat olub.

Müştərilən əmanətlərində artım tendensiyası davam edir

ABB-nin depozit portfeli 9 milyard 665 milyon manat təşkil edib ki, onun da 2 milyard 385 milyon manatı fiziki şəxslərin, 7 milyard 280 milyon  manatı hüquqi şəxslərin payına düşüb.

Ümumi depozit portfeli 269,1 milyon manat (3%), fiziki şəxslərin əmanətləri son 9 ayda 231,1 milyon manat (11%), şirkətlərin əmanətləri isə 38 milyon manat (1%) böyüyüb.

Balans kapitalı 2 milyard manata yaxınlaşır

ABB-nin kapitalı 76,6 milon manat manat (4%) artaraq 1 milyard 887 milyon manata çatıb , bölüşdürülməmiş mənfəəti  426,9 milyon  manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 50,1 milyon manat və ya 13% çoxdur.

Fuad Mədətov
Fins.az