Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Ticarət və İnkişaf Palatası (ICCD) arasında ölkədə islam maliyyəsi ilə bağlı perspektivlər müzakirə edilib.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"ICCD-nin baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüşdə Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə islam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Fuad Mədətov
Fins.az
İslam Ticarət və İnkişaf Palatasının baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşməkdən məmnun olduq.
— Taleh Kazimov (@TalehKazimov_T) October 9, 2024
Görüş zamanı Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə #islammaliyyəsi… pic.twitter.com/jopu24WuEb