2024-cü il sentyabr ayının 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşları 27 milyard 649,4 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının bununla bağlı yaydığı məlumata əsasən, xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 15,3 faiz çoxdur. Ötən il sentyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 23 faiz və ya 5 milyard 165,3 milyon manat artıb.