BANK

27 Sentyabr

Azərbaycanın bank sektorunun xalis mənfəəti 6,6% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 772,3 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 742,1 milyon manat (1 il əvvələ nisbətən 19,2 % çox), əməliyyat xərcləri 2 milyard 557,9 milyon manat (25,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 239,3 milyon manat (25,1 % çox), gözlənilməz gəlirləri 2,5 milyon manat (4,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 175,1 milyon manat (6,6 % az) təşkil edib.

Fuad Mədətov
Fins.az