BANK

19 Sentyabr

AMB-nin emissiya etdiyi notlar 45,6% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 45,6% azalıb.

Bu barədə Fins.az AMB-nin açıqlamasına istinadən xəbər verir.

AMB bildirir ki, pul siyasəti alətləri maliyyə bazarlarındakı proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınaraq tətbiq edilir. Hökumət hesabları qalıqlarının bank sisteminin likvidliyinə təsirini nəzərə alaraq, AMB ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin şəkildə azaldıb.

Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7,28% təşkil edib (iyulda 6,96%) və bu, faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın olub. Ümumilikdə, avqust ayında 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib və iş günlərinin 59%-də bu spred 0,05%-i aşmayıb. Təminatsız bazarda 1 gün ərzində həyata keçirilən əməliyyatların orta həcmi avqust ayında maksimum həddə - 534 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az