BANK

18 Sentyabr

Manatın sabitliyi: İnflyasiyanın 4,6%-də saxlanması gözlənilir

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan hökuməti 2025-ci ildə illik inflyasiyanın 4,6% səviyyəsində olacağını gözləyir.

Fins.az xəbər verir ki, proqnozlar Maliyyə Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri, manatın sabitliyi və antiinflyasiya tədbirlərinə əsaslanaraq hazırlanıb. Bu tədbirlər inflyasiyanın idarə olunması və iqtisadi sabitliyin qorunmasına yönəldilib.