BANK

03 Sentyabr

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib.

Fins.az quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,5 %, son 1 ildə isə 25,8 % artıb.

Fuad Mədətov
Fins.az